EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisi Dmitro Şlapaçenko ilə görüşüb.

Bu barədə Realist.az-a Vəkillər Kollegiyasından məlumat verilib.

Görüşdə Anar Bağırov Kollegiyanın fəaliyyəti, son illərdə həyata keçirilən tədbirlər, vəkillik institutunun inkişafı, eləcə də Azərbaycanda aparılan məhkəmə-hüquq islahatları və bu sahədə əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib.

VK sədri Kollegiya ilə BMT-nin müxtəlif qurumları arasında formalaşmış səmərəli əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirib, əlaqələrin gələcəkdə daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Dmitro Şlapaçenko isə səmimi qəbula görə təşəkkürünü bildirib və BMT-nin ixtisaslaşmış qurumlarının fəaliyyəti barədə əlavə məlumat verib.

Görüşdə, həmçinin Kollegiya Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Cavid Məmmədli ötən dövrdə görülən işlər, vəkillik institutuna diqqətin artırılması və bu sahədə həyata keçirilən islahatların nəticələri barədə təqdimatla çıxış edib.

Daha sonra qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub, fikir mübadiləsi aparılıb.

Sonda Anar Bağırov qonağa Vəkillər Kollegiyasının rəsmi nəşrlərini hədiyyə edib.

 

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın