Gürcüstanın Kutaisi şəhərində yaşayış binasında partlayış baş verib.
Realist.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisəyə ilkin ehtimala görə təbii qazın yığılması səbəb olub. Məlumata əsasən, partlayış nəticəsində bir qadın xəsarət alıb, binanın digər sakinləri isə təhlükəsiz əraziyə təxliyə ediliblər.
Gürcüstanda matəm günü elan olunub
Bu, son günlər Gürcüstan ərazisində qeydə alınan artıq ikinci analoji hadisədir. Belə ki, noyabrın 19-da yaşayış binasında qaz partlayışı nəticəsində 6 nəfər həlak olub, daha 5 yaralı isə xəstəxanaya yerləşdirilib.
Baş vermiş faciə ilə əlaqədar noyabrın 22-si ölkədə matəm günü elan edilib.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


