EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Avropa Konstitusiya və İnsan Hüquqları Mərkəzi (ECCHR) İsrail kəşfiyyat xidməti “Mossad”ın sabiq rəhbəri David Barneaya qarşı “Livanda hərbi cinayətlər” ittihamı ilə cinayət şikayəti təqdim edib və onun noyabrın 25-nə planlaşdırılan Almaniya səfəri zamanı həbs olunmasına çağırıb.

Realist.az xarici KİV-ə istinadən xəbər verir ki, qurumun bəyanatında D.Barneanın 2024-cü ilin sentyabrında “Hizbullah” yaraqlılarına qarşı həyata keçirilən “peycer əməliyyatı”nın planlaşdırılması və icrasında əsas fiqur olduğu qeyd edilib.

“Almaniya ehtimal olunan hərbi cinayətkarlar üçün meydança verməməlidir”

ECCHR-nin beynəlxalq cinayətlər və məsuliyyətə cəlbetmə proqramının həmdirektoru məsələ ilə bağlı sərt mövqe nümayiş etdirib:

“Almaniya ehtimal olunan hərbi cinayətkarlar üçün platforma təqdim etməməlidir. İçərisinə partlayıcı yerləşdirilmiş minlərlə gündəlik məişət əşyasını yayan və aylar sonra — partlayış anında harada olacaqlarını bilmədən — onları işə salan hər kəs nəzarətsiz sayda dinc sakinin yaralanacağı və ya həlak olacağı ilə şüurlu şəkildə razılaşmış olur.”

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın