Masallı rayonunda polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.
DİN-dən Realist.az-a verilən məlumata görə, əməliyyat nəticəsində M. Zöhrabzadə saxlanılıb. Ondan 5 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb.
Hadisə ilə bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırma davam etdirilir.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


