Noyabrın 20-də Azərbaycanda qeydə alınan 92 cinayət hadisəsinin, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması təmin edilib.
Realist.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, ötən gün axtarışda olan 118 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 97-si borclu şəxs qismində axtarışda olub.
Bundan başqa, narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 20 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər də polis əməkdaşları tərəfindən saxlanılıb.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


