Məhkəmə-Hüquq Şurasının növbəti iclasında hakimlər barəsində intizam icraatı üzrə işlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.
Realist.az Məhkəmə-Hüquq Şurasına istinadən xəbər verir ki, iclasda çıxış edən Şuranın sədri İnam Kərimov məhkəmə sistemində aparılan islahatlar, ədalət mühakiməsinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Etika Komissiyasının tərkibi müzakirə olunub
İclas çərçivəsində həmçinin aşağıdakı məsələlər diqqət mərkəzində olub:
-
İntizam icraatı: Hakimlər barəsində intizam icraatı üzrə materiallar araşdırılaraq müvafiq qərarlar çıxarılıb;
-
Etika Komissiyası: Şuranın fəaliyyətinə dair cari məsələlər, o cümlədən Şura üzvlərindən ibarət Etik davranış üzrə Etika Komissiyasının tərkibinin formalaşdırılması məsələsi müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


