EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Ermənistanın Baş naziri Nikol Paşinyan sabah TRIPP layihəsinə rəsmi start veriləcəyinin elan olunacağını bəyan edib.

Realist.az xarici KİV-ə istinadən xəbər verir ki, Ermənistan hökumətinin başçısı bu anonsu “NVIDIA” şirkətinin vitse-prezidenti Rev Lebaredyanla apardığı müzakirə zamanı səsləndirib.

Ermənistanın elektrik şəbəkəsi Azərbaycan və Türkiyəyə qoşulur

N.Paşinyan layihənin enerji komponentinə və regional inteqrasiya planlarına xüsusi diqqət çəkib:

“Bu layihənin çox mühüm hissəsini energetika və elektrik enerjisinin ötürülməsi təşkil edir. Hazırda biz öz şəbəkəmizi Türkiyə və Azərbaycanın elektroenergetika şəbəkələrinə qoşacağıq. Biz artıq İran və Gürcüstanla birləşmişik və enerji ötürülməsinin daha səmərəli olması üçün investisiya yatırırıq. Bu, çox vacib və inanılmaz bir transformasiyadır.”

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın