ABŞ-nin daxili təhlükəsizlik naziri Markueyn Mallinə texniki nasazlıqlarda süni intellektin (Sİ) əli ola biləcəyi ilə bağlı ehtimalından sonra televiziya efirlərinə çıxmaq qadağan olunub.
Realist.az “The Wall Street Journal” (WSJ) qəzetinə istinadən xəbər verir ki, müvafiq göstərişi Ağ Ev əməkdaşlarının aparat rəhbəri Stiven Miller verib.
Qadağaya “Fox News”a verilən müsahibə səbəb olub
Məlumata görə, qərara M.Mallinin noyabrın 16-da “Fox News” telekanalına verdiyi müsahibə səbəb olub. Həmin efirdə nazir bəzi kompüter nasazlıqlarının məhz süni intellekt texnologiyalarının tətbiqi nəticəsində yarana biləcəyini istisna etməmişdi.
Yeni nazirin fəaliyyəti Ağ Evdə narazılıq doğurub
Qeyd edək ki, M.Mallin Kristi Noemin gedişindən sonra quruma rəhbərlik etməyə başlayıb və nəşrin yazdığına görə, nazirliyin işini sabitləşdirməli idi. Lakin qəzetin həmsöhbətlərinin qiymətləndirməsinə əsasən, yeni rəhbərin fəaliyyəti ABŞ administrasiyası daxilində əlavə narazılıq yaradıb.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


