Ötən gün — noyabrın 21-i axşam şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Realist.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, ayrı-ayrı ərazilərdə yağıntılar intensiv xarakterli olub, Şahdağa isə arabir qar yağıb.
Rayonlar üzrə düşən yağıntının miqdarı:
-
Qax (Sarıbaş): 21 mm
-
Zaqatala: 12 mm
-
Kişçay (Şəki): 10 mm
-
Şəmkir, Tovuz: 9 mm
-
Gədəbəy: 8 mm
-
Balakən, Daşkəsən: 6 mm
-
Oğuz: 5 mm
-
Gəncə, Ağstafa: 4 mm
-
Göygöl: 2 mm
-
Qazax, Samux, Mingəçevir: 1 mm
Küləyin maksimal sürəti
Bəzi yerlərdə qərb küləyi əsib. Küləyin maksimal sürəti Mingəçevirdə 21 m/s, Şahdağda 20 m/s, Goranboyda 19 m/s, Kəlbəcər və Naftalanda 18 m/s, Gədəbəy və Yardımlıda isə 16 m/s-dək güclənib.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


