Bakı Dövlət Universitetinin (BDU) rektoru Məleykə Abbaszadə noyabrın 19-da universitetin kollektivinə təqdim olunub.
Realist.az xəbər verir ki, bu barədə BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi məlumat yayıb.
Bildirilib ki, Məleykə Abbaszadə rektor vəzifəsinin icrasına başladıqdan sonra universitetin heç bir əməkdaşının işdən azad edilməsi və ya hər hansı şəxsin vəzifəyə təyin olunması ilə bağlı əmr imzalamayıb.
Universitet, həmçinin BDU ilə bağlı məlumatların yayılmasından əvvəl İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi ilə dəqiqləşdirilməsini və rəsmi məlumatlara istinad edilməsini xahiş edib.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


