ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın ABŞ-yə məxsus F-16 qırıcısına hücum etməsi ilə bağlı məlumatları təkzib edib.
Realist.az bildirir ki, CENTCOM-un açıqlamasında Yaxın Şərqdəki ABŞ qırıcılarının hamısının təhlükəsiz vəziyyətdə olduğu bildirilib.
“İran ABŞ-nin F-16 qırıcısına hücum etməyib. Yaxın Şərqdəki bütün ABŞ qırıcıları təhlükəsiz vəziyyətdədir”, – deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, bundan əvvəl İran ordusunun ictimaiyyətlə əlaqələr şöbəsi ABŞ-yə məxsus F-16 qırıcısının Fars körfəzi üzərində İran ordusunun hava hücumundan müdafiə qüvvələri tərəfindən raketlə vurulduğunu, nəticədə təyyarənin zədələnərək məcburi eniş etdiyini iddia etmişdi.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


