EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Qüds dairə polisi HƏMAS hərəkatına dəstək verməkdə şübhəli bilinən 47 yaşlı Türkiyə vətəndaşının saxlanıldığını açıqlayıb.

Realist.az xarici KİV-ə istinadən xəbər verir ki, turist qadın noyabrın 20-də Qüdsdəki Məbəd dağında ibadət zamanı saxlanılıb.

İbadət edənlərə pul paylayıb, sosial şəbəkələrdə təbliğat aparıb?

Polisin məlumatına görə, saxlanılan şəxs ərazidə ibadət edən insanlara pul paylayırmış. Bundan əlavə, o, sosial şəbəkələrdə təşkilatın silahlılarını tərənnüm edən materiallar yaymaqda şübhəli bilinir. Müstəntiqlər qadının HƏMAS-la əlaqəli olduğunu ehtimal edirlər.

Həbs müddətinin uzadılması tələb olunacaq

Polis əməkdaşları qadının mobil telefonunu və bel çantasını maddi sübut kimi götürüblər. O, aşağıdakı ittihamlar üzrə dindirilib:

  • Terror aktının törədilməsi üçün vəsait və ya xidmət təqdim etmək;

  • Terrorizmə təhrik etmək;

  • İctimai asayişi poza biləcək hərəkətlərə yol vermək.

Bildirilir ki, şübhəli şəxs bu gün təkrar məhkəmə qarşısına çıxarılacaq və polis onun həbsdə saxlanılma müddətinin uzadılması barədə vəsatət qaldırmaq niyyətindədir.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın