EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Bakının daha 9 yolayrıcında velosipedçilərin hərəkətini tənzimləyən xüsusi svetofor bölmələri istifadəyə verilib.

Realist.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Məlumata görə, mikromobilliyin inkişafı və velosipedçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nəsimi və Səbail rayonlarında yerləşən 9 kəsişmədə ümumilikdə 28 velosiped bölməsi quraşdırılıb.

Nəsimi rayonunda yeni bölmələr Rəşid Behbudov küçəsi ilə 28 May küçəsinin, Bülbül prospekti ilə Füzuli, Şəmsi Bədəlbəyli və Süleyman Rəhimov küçələrinin, həmçinin Azadlıq prospekti ilə 28 May və Dilarə Əliyeva küçələrinin kəsişmələrində quraşdırılıb.

Səbail rayonunda isə Azadlıq prospektinin Nizami və Əfzələddin Xəqani küçələri ilə, eləcə də Rəşid Behbudov küçəsinin Əfzələddin Xəqani küçəsi ilə kəsişmələri yeni svetofor bölmələri ilə təchiz edilib.

Qeyd edək ki, indiyədək paytaxt ərazisində svetoforlara ümumilikdə 160 velosiped bölməsi quraşdırılıb. Bu istiqamətdə işlərin davam etdirilməsi nəzərdə tutulur.

 

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın