EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Salyan şəhərində fəaliyyət göstərən “Aşxana” kafesində qida təhlükəsizliyi və sanitariya qaydalarının pozulması halları aşkarlanıb.

Realist.az AQTA-ya istinadən xəbər verir ki, Agentliyin Şirvan-Salyan regional bölməsinin əməkdaşları H.Z. Tağıyev küçəsində yerləşən, fiziki şəxs Məmmədova Gülər Sənan qızına məxsus obyektdə nəzarət tədbiri keçiriblər.

Yoxlama zamanı kafedə qeydiyyatdan keçmədən qanunsuz fəaliyyət göstərildiyi, yeməklərin hazırlanması üçün mətbəx sahəsinin olmadığı, ev şəraitində hazırlanan qida məhsullarının mənşəyinin məlum olmadığı müəyyən edilib.

Həmçinin istifadə olunan suyun filtrdən keçirilmədiyi, temperatur rejiminə əməl olunmadığı, eləcə də digər sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu aşkarlanıb.

Aşkarlanmış faktlarla bağlı inzibati protokol tərtib edilib və obyekt sahibinə icrası məcburi göstərişlər verilib. Nöqsanlar aradan qaldırılanadək kafedə fəaliyyət məhdudlaşdırılıb.

 

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın