EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Rusiya Finlandiya sərhədi yaxınlığında hərbi infrastrukturunu yenidən qurur

​Rusiya Finlandiya sərhədindən təxminən 60 kilometr məsafədə yerləşən hərbi qarnizonun yenidən qurulmasına başlayıb.

​Realist.az xəbər verir ki, bu barədə Finlandiyanın nüfuzlu “Yle” teleradio şirkəti jurnalistlərin analiz etdiyi peyk görüntülərinə istinadən məlumat yayıb.

​Görüntülərə əsasən, Kareliya bərzəxində yerləşən Rusiyanın Kamenka hərbi qarnizonunda çox sayda köhnə bina sökülüb və onların yerində yeni tikililərin inşasına start verilib.

​”Yle”nin məlumatına görə, həmin ərazidə döyüş və atəş hazırlığı üçün nəzərdə tutulmuş müasir təlim mərkəzi yaradılır. Hazırda bu qarnizonda Rusiya ordusunun ən iri quru qoşunları birləşmələrindən biri olan 69-cu motoatıcı diviziya yerləşir. Müxtəlif mənbələrin məlumatına əsasən, Rusiya komandanlığı bu diviziyanın şəxsi heyətinin sayını 11 000 hərbçiyə çatdırmağı planlaşdırır.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın