EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında iki supertankerin dəniz minalarına düşdüyünü açıqlayıb.

Realist.az İranın yarırəsmi Tasnim xəbər agentliyinə istinadən xəbər verir ki, SEPAH-ın yaydığı bəyanata əsasən, tankerlər hərbi dəniz qüvvələrinin göstərişlərinə əməl etmədən, icazəsiz marşrutlarla Hörmüz boğazından keçməyə cəhd ediblər.

Bildirilib ki, gəmilərdən biri Qənam adasının şimalında, digəri isə Hörmüz boğazının şərqində dəniz minalarına düşüb. Partlayışlar nəticəsində hər iki tanker hərəkətsiz vəziyyətə düşüb.

SEPAH-ın Hərbi Dəniz Qüvvələri tanker sahiblərinə, kommersiya şirkətlərinə və gəmiçilik müəssisələrinə xəbərdarlıq edərək, boğazdan keçid zamanı hərbi dəniz qüvvələrinin göstərişlərinə əməl etməyin vacibliyini vurğulayıb.

Açıqlamada Hörmüz boğazının SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin nəzarəti və müşahidəsi altında olduğu bildirilib. Gəmi kapitanları icazəsiz marşrutlardan istifadə etməməyə və müəyyən edilmiş qaydaları pozmamağa çağırılıblar.

Hadisəyə qarışan tankerlərin adları, hansı ölkəyə məxsus olduqları, heyət üzvlərinin vəziyyəti və dəymiş ziyanın miqyası barədə məlumat açıqlanmayıb.

Qeyd edək ki, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) da noyabrın 21-də Hörmüz boğazı yaxınlığında iki tankerin naməlum mərmilərlə vurulması barədə məlumat yayıb. Həmin hadisələrin İran tərəfinin mina partlayışları ilə bağlı açıqlamasında qeyd olunan tankerlərlə eyni gəmilərə aid olub-olmadığı təsdiqlənməyib.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın