NATO-nun baş katibi Mark Rutte alyansa üzv ölkələri mümkün müharibə ssenarisinə hazırlaşmağa çağırıb.
Realist.az xəbər verir ki, o, bu barədə Berlində NATO Parlament Assambleyasının sessiyasında çıxışı zamanı bəyan edib.
Rutte bildirib ki, müharibəyə hazırlıq yalnız dövlət qurumlarının deyil, vətəndaşların, biznes nümayəndələrinin və yerli administrasiyaların da məsuliyyətidir.
Baş katib Norveç, İsveç və Danimarkanı nümunə göstərərək qeyd edib ki, bu ölkələr mümkün müharibə başlayacağı təqdirdə mülki əhalinin necə davranmalı olduğunu dəqiq müəyyənləşdiriblər.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


