EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

İranda elektrik stansiyalarının yanacaq təminatında yaranan çətinliklər və enerji istehlakının artması səbəbindən noyabrın son günlərindən etibarən planlı elektrik kəsintilərinə başlanılacaq.

Realist.az İran mediasına istinadən xəbər verir ki, bu barədə “Tawanir” Elektrik Paylama Şirkətinin baş direktoru Məhəmməd Allahdad rəsmi açıqlama yayıb.

Onun sözlərinə görə, qərar enerji istehlakını tənzimləmək və elektrik şəbəkəsinin dayanıqlılığını qorumaq məqsədi daşıyır. Kəsintilərin müddəti və tezliyi bölgələr üzrə fərqlənəcək.

Bildirilib ki, elektrik enerjisinin verilişində fasilələr bəzi ərazilərdə iki gündən bir, digər ərazilərdə isə gündəlik iki saat müddətində tətbiq oluna bilər. Məhdudiyyətlərin konkret qrafiki daha sonra açıqlanacaq.

Şirkət rəsmisi şəbəkənin dayanıqlılığını qorumaq və mövcud resursları səmərəli bölüşdürmək üçün əhalini elektrik enerjisindən qənaətlə istifadə etməyə çağırıb.

Qeyd edək ki, zəngin neft və təbii qaz ehtiyatlarına malik olmasına baxmayaraq, İran sanksiyalar, enerji infrastrukturuna kifayət qədər investisiya yatırılmaması və sürətlə artan tələbat səbəbindən vaxtaşırı ciddi enerji çatışmazlığı ilə üzləşir.

 

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın