EZZE — lüks və xüsusi mebel, interyer (reklam)
ABŞ-nin Kaliforniya ştatında helikopter qəzası baş verib. Hadisə nəticəsində göyərtədə olan iki nəfər həyatını itirib.

Realist.az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Bildirilib ki, qəza bazar ertəsi yerli vaxtla saat 09:30 radələrində baş verib. “Robinson R22” tipli helikopter təpənin yamacına düşüb.

Qəzanın səbəbi hələlik məlum deyil. Hadisə ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası və Federal Aviasiya Administrasiyası tərəfindən araşdırılır.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın