İran Silahlı Qüvvələrinin Baş Komandanı Hatəmi ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı İraniyə Hörmüz boğazının “blokadasını” gücləndirmək barədə əmr verib.
Realist.az xəbər verir ki, Baş Komandan Hörmüz boğazını İslam Respublikasının hakimiyyət sisteminin bir hissəsi və geosiyasi güc amili adlandırıb. O vurğulayıb ki, İranın irəli sürdüyü yeddi şərtin hamısı yerinə yetirilməyənə qədər bu blokada nəinki qüvvədə qalacaq, hətta tədricən daha da sərtləşdiriləcək.
Tehranın danışıqlar üçün irəli sürdüyü tələblər
Xatırladaq ki, günün əvvəlində İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf da Vaşinqton bu şərtləri yerinə yetirməyənə qədər Tehranın heç bir danışıqlar aparmayacağını bəyan etmişdi.
İranın irəli sürdüyü tələblər paketinə aşağıdakılar daxildir:
-
Regionda, o cümlədən Livanda hərbi əməliyyatların tam dayandırılması;
-
Sanksiyaların ləğvi və ABŞ-nin tətbiq etdiyi dəniz blokadasının aradan qaldırılması;
-
İranın dondurulmuş aktivlərinin blokdan çıxarılması;
-
Ölkəyə dəymiş ziyana görə təzminatların ödənilməsi.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


