Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Kərimov Rəhman Rauf oğlu uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.
Realist.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, hərbi qulluqçu müalicə aldığı Mərkəzi Klinik Xəstəxanada həkimlərin bütün səylərinə baxmayaraq vəfat edib.
DSX rəhbərliyi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


