EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

​Paytaxt Bakının bir sıra əsas küçə və prospektlərində nəqliyyatın sıxlığı müşahidə olunur.

​Realist.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bildirilir ki, səhər saatlarında işə və dərsə gedən vətəndaşların axını ilə əlaqədar olaraq bəzi istiqamətlərdə hərəkət çətinləşib.

​Hazırda Bakı yollarındakı mövcud vəziyyət və tıxac olan ərazilər:

  1. ​Bakı-Sumqayıt şosesi — “20 Yanvar” metrostansiyası istiqamətində;
  2. ​1-ci Göl kənarı yolu — Ziya Bünyadov prospekti istiqamətində;
  3. ​Babək prospekti — mərkəz istiqamətində;
  4. ​Əbdülvahab Salamzadə küçəsi — Ziya Bünyadov prospekti istiqamətində;
  5. ​8 Noyabr prospekti — Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
  6. ​Heydər Əliyev prospekti — köməkçi yol, mərkəz istiqamətində;
  7. ​Atatürk prospekti — Ziya Bünyadov prospekti istiqamətində;
  8. ​Tbilisi prospekti — “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;
  9. ​Yusif Səfərov küçəsi — mərkəz istiqamətində nəqliyyatın sıxlığı müşahidə olunur.

​Sürücülərə alternativ yollardan istifadə etmələri və yollardakı vəziyyəti nəzərə almaları tövsiyə olunur.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın