Ukraynanın paytaxtı Kiyevdə infrastruktura endirilən zərbələr və iqtisadi vəziyyətin ağırlaşması fonunda kafe və restoranların kütləvi bağlanması müşahidə olunur.
Realist.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, paytaxtın restoran biznesi müştəri axınının azalması, elektrik enerjisi və su təchizatındakı fasilələr, yanacağın bahalaşması, eləcə də ciddi kadr çatışmazlığı ilə üzləşib. Əlavə mənfi amil kimi uzunmüddətli hava həyəcanı siqnalları göstərilir; bu səbəbdən şəhər sakinləri Kiyevin mərkəzinə daha az getməyə çalışırlar.
Artıq iri restoran şəbəkələri də fəaliyyətlərini məhdudlaşdırmağa başlayıb:
- “Gastro Family” şəbəkəsi iki obyektini tamamilə bağlayıb, daha iki restoranın fəaliyyətini isə müvəqqəti dayandırıb.
- “Pesto Cafe” şəbəkəsi 20 restoranından 7-ni müvəqqəti olaraq qapadıb.
- “Çernomorka” (“Черноморка”) şəbəkəsi isə müştəri sayının 20 faiz azalması səbəbindən iki restoranını Ukraynanın qərb bölgəsinə köçürmək qərarına gəlib.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


