EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Pakistanın Baş naziri Şahbaz Şərif noyabrın 30-da Rusiyaya səfər edəcək.

Realist az xəbər verir ki, bunu TASS-a açıqlamasında Pakistanın Rusiyadakı səfiri Faysal Niyaz Tirmizi bildirib.

İlkin olaraq səfər bu ilin martında baş tutmalı idi:

“Baş nazirin Rusiyaya martın 3-də gələcəyi gözlənilirdi, lakin bundan bir neçə gün əvvəl Fars körfəzində müharibə başladı. Nəticədə tərəflər yeni tarixi razılaşdırdı”. 


Tirmizinin sözlərinə görə, Şahbaz Şərifin Rusiyaya səfəri böyük əhəmiyyət kəsb edəcək, çünki bu, ciddi qlobal dəyişikliklər fonunda baş tutur.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın