Bakının Səbail rayonunda yerləşən Badamdar sürüşmə ərazisində mövcud çatların genişləndiyi müəyyən edilib.
Realist.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) məlumat yayıb.
Monitorinqin nəticələri və mövcud vəziyyət
Nazirliyin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri tərəfindən Səbail rayonu, Badamdar–20-ci sahədə mütəmadi müşahidə və monitorinq işləri aparılır.
Aparılan son monitorinqlər zamanı ərazidə aşağıdakı dinamika qeydə alınıb:
-
Sürüşmə prosesinin aktivliyi davam edir;
-
Ərazidəki mövcud çatlarda genişlənmə baş verib.
ETSN-dən bildirilib ki, hazırda sürüşmə ərazisindəki vəziyyət mütəxəssislər tərəfindən daimi nəzarətdə saxlanılır.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


