
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Gəncə və Göygöldə fəaliyyət göstərən qida emalı müəssisələrinin işi ilə tanış olub.
Realist.az xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.
Bildirilib ki, Agentlik sədri Gəncə şəhərinin Gülüstan qəsəbəsində yerləşən “Nurçin-2017” MMC-də, eləcə də Göygöl rayonunun Quşqara kəndində sahibkar Məzahir Balayevə məxsus müəssisədə olub.
Baxış zamanı müəssisələrdə qida məhsullarının emalı prosesi barədə məlumat verilib. Görüşlərdə qida təhlükəsizliyi tələblərinə əməl olunmasının, istehsal imkanlarının genişləndirilməsinin və tətbiq edilən texnologiyaların təkmilləşdirilməsinin vacibliyi vurğulanıb.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


