
Zaqatalada meşəlik ərazidə itkin düşən şəxsin axtarışları davam etdirilir.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Realist.az-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Zaqatala rayonunun Kebeloba kəndində meşəlik ərazidə bir nəfərin itkin düşməsi barədə məlumat daxil olub.
Məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri 1946-cı il təvəllüdlü Mustafayev Xəlil Mustafa oğlunun axtarışlarına cəlb edilib.
Axtarış əməliyyatına Xidmətin xüsusi təlim görmüş itləri də qoşulub.
Hazırda vətəndaşın itkin düşdüyü ehtimal olunan istiqamətlərdə axtarış tədbirləri davam etdirilir.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


