EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

 

Türkiyə Respublikası Milli Müdafiə Universitetinin (MMU) nümayəndə heyəti Azərbaycanda tədris gəzintisi proqramı çərçivəsində səfərdədir.

Müdafiə Nazirliyindən Realist.az verilən məlumata görə, Türkiyə MMU rektorunun müavini Talat Canbolatın rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində əvvəlcə Fəxri xiyabanı ziyarət edib. Qonaqlar burada Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarları önünə gül dəstələri qoyaraq xatirələrinə ehtiramlarını bildiriblər.

Nümayəndə heyəti, həmçinin Şəhidlər xiyabanında və Türk Şəhidliyində olub, şəhidlərin xatirəsini ehtiramla yad edib.

Səfər proqramı çərçivəsində qonaqlar Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülovla görüşüblər. Görüşdə hərbi təhsil sahəsində əməkdaşlıq əlaqələri və qarşılıqlı təcrübə mübadiləsi imkanları müzakirə olunub. Sonda tərəflər bir-birinə hədiyyələr təqdim ediblər.

Bundan əlavə, nümayəndə heyəti MMU-nun tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, Qənimətlər Parkında və Heydər Əliyev Mərkəzində olub.

 

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın