Bakıda ictimai nəqliyyatın hərəkətinin daha səmərəli təşkili məqsədilə avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Realist.az-a verilən məlumata görə, Səbail rayonu ərazisində, Üzeyir Hacıbəyli küçəsinin Azadlıq prospekti ilə kəsişməsində mövcud svetofora əlavə olaraq avtobuslar üçün ayrıca svetofor quraşdırılıb.
Artıq istifadəyə verilən svetoforun siqnallarına uyğun olaraq avtobus sürücüləri hərəkətlərini davam etdirirlər.
Qeyd edək ki, xüsusi svetoforların quraşdırılmasında əsas məqsəd avtobusların ayrılmış hərəkət zolaqları ilə daha rahat, fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


