EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Noyabrın 26-da Parisdə İŞİD terror qruplaşmasının ən tanınmış fransalı tərəfdarlarından biri olan 41 yaşlı Emili Keniqin məhkəmə prosesi başlayır.

Realist.az xarici KİV-ə istinadən xəbər verir ki, o, terror birliyində iştirak etməkdə, təşkilatın təbliğatını aparmaqda, Fransada terror aktlarına çağırışlar etməkdə və qadınları Suriyaya köçməyə cəlb etməkdə ittiham olunur. Noyabrın 30-dək davam edəcək prosesdə E.Keniqlə birlikdə onun ehtimal olunan əlaltısı Sterenn D. də müttəhimlər kürsüsünə çıxarılacaq.

BMT və ABŞ-nin terror siyahılarına düşən ilk qadın olub

Məlumata görə, Emili Keniq 2013-cü ildə Suriyaya gedib və sosial şəbəkələrdə İŞİD təbliğatını fəal şəkildə yaymağa, zorakılığa çağırış edən materiallar dərc etməyə və qadınları qruplaşmaya qoşulmağa inandırmağa başlayıb:

  • 2014-cü ildə BMT-nin sanksiyalar siyahısına daxil edilib;

  • 2015-ci ildə isə ABŞ onu xarici terrorçular siyahısına salıb.

Qeyd olunur ki, o, hər iki halda müvafiq siyahılara düşən ilk qadın olub.

Suriyada saxlanılıb, Fransaya təhvil verilib

E.Keniq 2017-ci ilin dekabrında kürd qüvvələri tərəfindən saxlanılıb. 2022-ci ilin iyulunda Fransaya repatriasiya edildikdən sonra dərhal həbs olunub.

Hazırda o, əməllərindən peşman olduğunu və radikal ideologiyadan uzaqlaşdığını iddia edir. Vəkili də keçmiş təbliğatçının artıq təhlükə yaratmadığını bildirir. Məhkəmə onun İŞİD-in fəaliyyətindəki rolunu və hazırkı təhlükə dərəcəsini qiymətləndirməlidir.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın