Noyabrın 26-da Azərbaycanın bəzi bölgələrində gözlənilən küləkli hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq elan olunub.
Realist.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Sarı xəbərdarlıq hansı şəhər və rayonlara şamil olunur?
Güclü külək aşağıdakı ərazilərdə gözlənilir:
-
Gəncə, Naftalan, Mingəçevir, Yevlax;
-
Tərtər, Bərdə, Daşkəsən, Goranboy;
-
Şəki, Oğuz, Qəbələ, İsmayıllı;
-
Göyçay, Kürdəmir.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


