EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Qara dəniz və Fars körfəzi limanlarında yaranan fasilələr fonunda Rusiya və İran Xəzər dənizi vasitəsilə taxıl ticarətini genişləndirirlər.

Realist.az “Carnegie” mərkəzinin məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-avqust aylarında İran ötən ilin müvafiq dövrü ilə müqayisədə Rusiya taxılının idxalını 70% artıraraq bu məhsulun üçüncü ən böyük alıcısına çevrilib. Həmin dövrdə Həştərxan və Olya limanlarında yük dövriyyəsi 72% artaraq 4,9 milyon tona çatıb. Moskva yenidən İraq, Əfqanıstan və Pakistana tədarük üçün İranda taxıl habının yaradılması ideyasını nəzərdən keçirir.

Xəzəri iri ticarət dəhlizinə çevirmək niyə çətindir?

Bununla belə, “Carnegie” ekspertləri qeyd edirlər ki, Xəzər marşrutunu böyük ticarət dəhlizinə çevirmək asan olmayacaq. Marşrutun inkişafına bir sıra obyektiv amillər mane olur:

  • Yük gəmilərinin çatışmazlığı və Xəzər dənizinin dayazlaşması;

  • Volqa-Don kanalındakı məhdudiyyətlər və qış aylarında naviqasiyanın mövsümi dayandırılması;

  • İran limanlarının modernləşdirilməsinə ehtiyac olması (müharibə və iqtisadi böhran Tehranın bu cür layihələri maliyyələşdirmək imkanlarını məhdudlaşdırır);

  • Hərbi təhdidlər: regionda endirilən zərbələr artıq liman infrastrukturuna və yük gəmilərinə ziyan vurub.

Maliyyə və ödəniş problemi: Tehranın borcları artır

Digər ciddi problem isə tədarük üzrə hesablaşmalarla bağlıdır. Rusiyalı ixracatçılar İran tərəfinin borclarından şikayətlənirlər, Tehranın neft gəlirlərinin azalması isə idxalın ödənilməsini çətinləşdirir.

Ekspertlərin qiymətləndirməsinə görə, Rusiya kreditləri olmadan marşrutun genişmiqyaslı inkişafı ehtimalı azdır, lakin Ukraynaya qarşı müharibə xərcləri Moskvanın da maliyyə imkanlarını məhdudlaşdırır.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın