EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Siyasi təqib qurbanlarını müdafiə etdiyini bəyan edən Fransanın ARGA (“Sığınacaq Araşdırmaları və Qlobal Yardım Assosiasiyası”) qeyri-hökumət təşkilatı (QHT) Avropa və ABŞ-də fəaliyyət dairəsini genişləndirir.

Realist.az Fransa xüsusi xidmət orqanlarına yaxınlığı ilə tanınan “Intelligence Online” nəşrinə istinadən xəbər verir ki, təşkilatın təsisçiləri və əməkdaşları arasında Rusiya və Qazaxıstanda maliyyə cinayətləri ilə bağlı cinayət işlərində adı keçən şəxslər var.

Təsisçi və rəhbərlərin keçmişi: dələduzluq və 22 milyon dollarlıq rüşvət ittihamları

Məlumata görə, təşkilatı 2023-cü ildə Fransada barəsində dələduzluq işi üzrə istintaq başlandıqdan sonra Rusiyanı tərk edən rusiyalı biznesmen Sergey Xrabrıx təsis edib. Nəşr yazır ki, onun bir neçə həmkarının da hüquqi problemləri olub:

  • ARGA nümayəndələri arasında vətənində 22 milyon dollar məbləğində rüşvət almaqda və çirkli pulların yuyulmasında ittiham olunan Qazaxıstanın keçmiş baş nəqliyyat prokuroru Duysenov da yer alır;

  • O, Almaniyada saxlanılsa da, Qazaxıstana ekstradisiyasından imtina edilib.

Avropa Komissiyası və ABŞ qurumları ilə əlaqə cəhdləri

ARGA Avropa və Amerika strukturları ilə əlaqələr qurmağa çalışır. Təşkilat Avropa Komissiyasına materiallar göndərib, Aİ tədbirlərində iştirak edib, onun ABŞ-nin Florida ştatındakı bölməsi isə sanksiyaların mümkün pozulması məsələləri üzrə ABŞ Maliyyə Cinayətləri ilə Mübarizə Şəbəkəsinə (FinCEN) və ABŞ Ədliyyə Nazirliyinə təqdim ediləcək sənədlərin hazırlanmasında yardım təklif edir. Bununla belə, nəşr qeyd edir ki, təşkilatın bəyan etdiyi bəzi layihələrin real xarakteri qeyri-müəyyən olaraq qalır.

ARGA kimlərin maraqlarını müdafiə edir?

“Intelligence Online” ARGA-nın maraqlarını irəli sürdüyü müştərilər arasında aşağıdakı şəxslərin adlarını çəkir:

  • “Metalloinvest” qrupuna daxil olan Lebedinski dağ-mədən saflaşdırma kombinatının keçmiş minoritar səhmdarları;

  • Külli miqdarda vergidən yayınmaqda ittiham olunaraq barəsində istintaq aparılan rusiyalı bloger İnna Tlyaşinova.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın