EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

İran Silahlı Qüvvələrinin nümayəndəsi Əbülfəzl Şəkarçi Küveyt ordusunun İran qüvvələri tərəfindən ölkənin həyati əhəmiyyətli obyektlərindən birinə hücum edilməsi ilə bağlı bəyanatlarını rədd edib.

Realist.az xarici KİV-ə istinadən xəbər verir ki, İran rəsmisinin sözlərinə görə, Tehran həmin ərazidə heç bir hərbi əməliyyat və ya hücum həyata keçirməyib.

Tehran təxribatda ABŞ və İsraili günahlandırır

Ə.Şəkarçi səsləndirilən ittihamları regionda vəziyyəti sabitlikdən çıxarmaq cəhdi kimi qiymətləndirib və bu cür təxribatların arxasında İsrail və ABŞ-nin dayana biləcəyini bəyan edib.

Onun versiyasına görə, bu iddialardan gərginliyin daha da artırılmasına yönəlmiş növbəti addımlar üçün pərdəarxası bəhanə kimi istifadə olunur.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın