EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Realist.az FHN-ə istinadən xəbər verir ki, hadisə Xanlar küçəsində qeydə alınıb.

Məlumatla əlaqədar əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində ümumi sahəsi 400 kvadratmetr olan ikimərtəbəli fərdi yaşayış evinin mətbəxində baş vermiş yanğın qısa müddətdə söndürülüb. Alovun evin digər otaqlarına və yaxınlıqdakı tikililərə yayılmasının qarşısı alınıb.

Yanğın nəticəsində mətbəxin yanar konstruksiyaları 20 kvadratmetr sahədə, dam örtüyünün taxta atmaları isə 1 kvadratmetr sahədə yanıb.

Evin böyük hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.

 

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın