Sosial Xidmətlər Agentliyinin “Motivasiya görüşləri” layihəsi çərçivəsində inklüziv təhsil üzrə təlimçi Zəhra Xələfova ilə görüş keçirilib.
Agentlikdən Realist.az-a verilən məlumata görə, tədbirdə Z.Xələfova şəxsi həyat və valideynlik təcrübəsindən, peşəkar fəaliyyətindən və əldə etdiyi nailiyyətlərdən danışıb.
O, autizmli övladının inkişafı prosesində qarşılaşdığı çətinlikləri, bu mərhələdə qazandığı təcrübəni və problemlərin öhdəsindən gəlmək üçün istifadə etdiyi yanaşmaları iştirakçıların diqqətinə çatdırıb.
Təlimçi valideynlik prosesində səbirli və əzmkar olmağın, daim öyrənməyin vacibliyini vurğulayıb. Həmçinin hər bir uşağın fərdi xüsusiyyətlərinin nəzərə alınmasının və onun potensialına uyğun inkişaf imkanlarının yaradılmasının əhəmiyyətindən bəhs edib.
Qeyd edək ki, layihə müxtəlif sahələrdə uğur qazanmış şəxslərin, eləcə də əlilliyi olan uşaqların inkişafı və təhsili sahəsində təcrübə toplamış valideynlərin öz bilik və təcrübələrini digər valideynlərlə bölüşməsinə imkan yaradır.


© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


