EZZE — lüks və xüsusi mebel, interyer (reklam)
 
Lənkəran regional “ASAN xidmət” mərkəzində valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün maarifləndirici görüş keçirilib.

Sosial Xidmətlər Agentliyindən Realist.az-a verilən məlumata görə, tanışlıq səfəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin Osman Mirzəyev adına 5 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri üçün təşkil olunub.

Səfərin məqsədi uşaqların dövlət xidmətləri haqqında məlumatlılığını artırmaq, onların dövlət qurumlarının fəaliyyəti ilə yaxından tanışlığını təmin etmək və sosial inteqrasiyasına dəstək göstərmək olub.

Tanışlıq zamanı uşaqlara mərkəzin fəaliyyəti, vətəndaşlara təqdim olunan xidmətlər, müraciətlərin qəbulu və xidmətlərin göstərilməsi qaydası barədə məlumat verilib. Onlar müxtəlif xidmət sahələrini gəzərək əməkdaşların iş prosesi ilə tanış olublar.

Görüşdə uşaqları maraqlandıran suallar cavablandırılıb, dövlət xidmətlərinin əlçatanlığı, operativliyi və şəffaflığı barədə ətraflı məlumat təqdim edilib.

 

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın