Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov dekabrın 2-də Masallı rayonunda vətəndaşlarla görüşəcək. Həmin gün polis orqanlarında və Daxili Qoşunlarda xidmət etmək istəyən gənclər üçün sıra baxışı da keçiriləcək.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Realist.az-a verilən məlumata görə, vətəndaş qəbulu Masallı Rayon Polis Şöbəsinin inzibati binasında təşkil olunacaq.
Qəbulda Masallı, Lənkəran, Lerik, Astara və Yardımlı şəhər və rayonlarının sakinləri iştirak edə bilərlər.
Vətəndaşlar nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı dekabrın 1-dək yaşadıqları ərazi üzrə polis orqanına, “E-Polis” mobil tətbiqinə, e-xidmet.mia.gov.az elektron xidmət portalına, eləcə də DİN-in sosial şəbəkə səhifələrinə müraciət edə bilərlər.
Polis orqanlarında və Daxili Qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışı isə dekabrın 2-də saat 08:00-da Masallı Olimpiya İdman Kompleksində keçiriləcək.
Qəbula və sıra baxışına gələn şəxslərdən şəxsiyyət vəsiqəsini təqdim etmək tələb olunur.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


