Küveytdə İran dronlarının zərərsizləşdirilməsi zamanı “Rheinmetall” şirkətinin iki italiyalı mütəxəssisi həlak olub
Küveytdə Almaniyanın “Rheinmetall” müdafiə şirkətinin iki italiyalı texniki mütəxəssisi həlak olub. Onlar ölkənin hava hücumundan müdafiə (HHM) sistemləri tərəfindən zərərsizləşdirilən İran dronlarının qəlpələrindən xəsarət alaraq dünyalarını dəyişiblər.
Hadisə nəticəsində iki italiyalı mütəxəssislə yanaşı, daha iki nəfər — Küveyt və Pakistan vətəndaşları da yaralanıb və ilkin mərhələdə xəstəxanaya çatdırılıblar.
Küveyt Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, ölkənin hava məkanında İrana məxsus olduğu ehtimal edilən bir neçə dron aşkarlanıb və silahlı qüvvələr tərəfindən zərərsizləşdirilib. Rəsmi qurumun bildirdiyinə görə, dronlar strateji əhəmiyyət daşıyan obyektə doğru yönəlmişdi, lakin həmin obyektin dəqiq yeri və funksiyası açıqlanmayıb.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


