EZZE — lüks və xüsusi mebel, interyer (reklam)
Qarabağ iqtisadi rayonunda kənd təsərrüfatı istehsalında artım qeydə alınıb. Belə ki, 2026-cı ilin ilk doqquz ayında bölgədə 547,9 min ton dənli və dənli paxlalı bitkilər yığılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz çoxdur.

Bu barədə Dövlət Statistika Komitəsindən Realist.az-a məlumat verilib.

Bildirilib ki, ən yüksək məhsuldarlıq Ağcabədi rayonunda qeydə alınıb. Burada 181,5 min ton məhsul yığılıb. Füzulidə 146,6 min ton, Bərdədə 69,1 min ton, Ağdamda 56,3 min ton, Xocavənddə 34,9 min ton, Tərtərdə 34,3 min ton, Xocalıda 14,9 min ton, Ağdərədə 5,7 min ton, Şuşada isə 4,6 min ton dənli və dənli paxlalı bitkilər istehsal olunub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə ən yüksək artım Xocalı rayonunda qeydə alınıb. Belə ki, burada məhsul yığımı 2,3 dəfə artıb. Tərtərdə 25,5 faiz, Şuşada 18,5 faiz, Bərdədə 13,2 faiz, Ağcabədidə 8,1 faiz, Xocavənddə 6,1 faiz, Füzulidə isə 4,4 faiz artım müşahidə edilib.

Ağdam rayonunda məhsul yığımı 12,8 faiz, Ağdərədə isə 21,1 faiz azalıb.

 

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın