EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Milli Məclisin deputatı, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafanın “Çoban məsuliyyəti” adlı yeni kitabı nəşr olunub.

Realist.az xəbər verir ki, müəllifin 31-ci kitabı olan nəşrdə tarix, dövlətçilik, milli kimlik, vətəndaş məsuliyyəti, maarifçilik, dil, mədəniyyət, din və dünyəvilik məsələlərinə dair siyasi-fəlsəfi esselər, analitik və publisistik yazılar yer alıb.

Kitabın əsas ideya xəttini fərdi və ictimai məsuliyyət, milli düşüncə və vətəndaşlıq öhdəliyi təşkil edir. Müəllif tarixə münasibət, Azərbaycan Xalq Cümhuriyyətinin ideya irsi, Qarabağ Zəfərinin mənəvi-siyasi nəticələri və müasir dövlətçilik düşüncəsi kimi mövzulara toxunur.

Nəşrdə, həmçinin ana dilinin qorunması və inkişafı, milli mədəniyyətin yaşadılması, dini maarifçilik, vicdan azadlığı və dünyəvi dövlət prinsipləri ilə bağlı mülahizələrə yer verilib.

Əsər səkkiz bölmədən ibarətdir. “Bütövlük xəstəliyi”, “Dilimiz – dilçəyimiz”, “Mədəniyyətimiz və milliliyimiz”, “Ümmətçi dinimiz və milli cəhalətimiz” kimi bölmələrdə müəllif müxtəlif ictimai-siyasi və mənəvi məsələlərə münasibətini ifadə edib.

Kitabda tarixi irsin müasir dövlətçilik meyarları ilə qiymətləndirilməsi, milli həmrəyliyin ictimai öhdəliyə çevrilməsi, Zəfərdən sonra vətəndaş məsuliyyətinin yeni məzmun qazanması kimi məsələlər də diqqət mərkəzindədir.

Nəşrin ön sözündə müəllifin seçilmiş düşüncələrini əks etdirən “Qranulalar” bölməsi də təqdim olunub.

Əkbər Qoşalı və Tural İrfanın müəllifi olduğu məqalədə “Çoban məsuliyyəti” kitabı Fazil Mustafanın əvvəlki nəşrləri ilə ideya bağlılığı kontekstində təhlil edilir. Müəlliflərin qənaətinə görə, kitab oxucunu milli kimlik, müstəqil düşüncə, hüquq və vətəndaşlıq məsuliyyəti barədə yenidən düşünməyə sövq edir.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın