Azərbaycanın səhiyyə naziri Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə yaxından tanış olub.
Realist.az Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində nazirə müəssisədə əhaliyə göstərilən tibbi xidmətlərin təşkili, infrastruktur imkanları, maddi-texniki baza, tibbi avadanlıqlarla təminat, kadr potensialı, eləcə də tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.
Regional Perinatal Mərkəzdə ana və uşaq sağlamlığı xidmətlərinə baxış
Daha sonra nazir Lənkəran Regional Perinatal Mərkəzində olaraq müəssisənin fəaliyyəti, mövcud şəraiti, həmçinin ana və uşaq sağlamlığının qorunması istiqamətində göstərilən tibbi xidmətlərlə tanış olub.
Nazir xəstəxana rəhbərliyinə tapşırıqlar verib
Anar Bayramov xəstəxananın rəhbərliyi ilə keçirilən görüşdə aşağıdakı istiqamətlər üzrə müvafiq tapşırıq və tövsiyələrini diqqətə çatdırıb:
-
Tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi;
-
Pasiyentyönümlü yanaşmanın gücləndirilməsi və xidmətlərə əlçatanlığın artırılması;
-
Rəqəmsal həllərin tətbiqinin genişləndirilməsi;
-
Kadr potensialından səmərəli istifadə və iş prosesinin təkmilləşdirilməsi.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


