EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Bakının Fəvvarələr meydanında ənənəvi “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası fəaliyyətə başlayıb.

Realist.az xəbər verir ki, noyabrın 27-də “Nargis” Fondunun təşkilatçılığı ilə açılan builki yarmarka “Qış dostu” konsepti ilə təqdim olunur.

Yarmarkanın əsas simvolları olan ayı və pinqvin dostluq və həmrəyliyin dünyanı daha gözəl etdiyini nümayiş etdirir.

Bu il ziyarətçilər üçün yarmarkanın ərazisi genişləndirilib. Burada 60 böyük və 20 kiçik dekorativ ev, üç fotoköşk, üç ikimərtəbəli restoran, eləcə də xüsusi oyun və əyləncə zonası yaradılıb. İlk dəfə olaraq ərazidə xüsusi dizayn edilmiş 11 rəngarəng metal konteyner də quraşdırılıb.

Builki yeniliklərdən biri ziyarətçilərin daxil olaraq foto çəkdirə biləcəkləri xüsusi konstruksiyalı Yeni il ağacıdır. Pinqvin və ayı obrazlı maskotlar isə xüsusilə uşaqlar üçün bayram əhvali-ruhiyyəsi yaradır.

2013-cü ildən təşkil olunan “Soyuq Əllər, İsti Ürək” yarmarkası təkcə bayram və əyləncə məkanı deyil, həm də mühüm xeyriyyə layihəsidir. Sponsorların dəstəyi və dekorativ evlərin icarəsindən əldə olunan vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin ödənilməsinə yönəldilir.

Ənənəyə uyğun olaraq, internat məktəblərinin, uşaq evlərinin və sosial xidmət müəssisələrinin sakinləri də yarmarkanın fəxri qonaqları olacaqlar. Fond xeyriyyə fəaliyyətinin maliyyə hesabatını və nəticələrini rəsmi internet səhifəsində və sosial şəbəkə hesablarında ictimaiyyətə təqdim edəcək.

Bu il yarmarkada ziyarətçilərə daha geniş qastronomik çeşid, müxtəlif təamlar, əl işləri, suvenirlər və bayram hədiyyələri təklif olunur. Əyləncə zonaları və fotoməkanlar ailələrin və dostların asudə vaxtlarını maraqlı keçirməsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, yarmarka 2027-ci il yanvarın 5-dək hər gün saat 11:00-dan 23:00-dək fəaliyyət göstərəcək. Giriş sərbəstdir.

Tədbirin rəsmi tərəfdaşları “Azərişıq” ASC, Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Abadlıq Xidməti, Azərbaycan Dövlət Reklam Agentliyi, “Epoint” və “PAŞA Holdinq” Təhlükəsizlik Xidmətidir.

Yarmarka “PAŞA Holdinq”, “Coca-Cola”, “Azercell” və digər sponsorların dəstəyi ilə təşkil olunur.

 

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın