Realist.az-a bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə rayonun Müşkür kəndi ərazisində qeydə alınıb. “112” qaynar telefon xəttinə daxil olan məlumat əsasında FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunublar.
Hadisə yerində aparılan ilkin araşdırma zamanı “VAZ” markalı minik avtomobilinin sürücünün idarəetməni itirməsi nəticəsində yol kənarındakı ağaca çırpıldığı müəyyən edilib.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılmış vəziyyətdə qalan, 2000-ci il təvəllüdlü Əkrəm Abbasovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisənin başvermə səbəbləri ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


