EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Məişət zora-kılığından zərər çəkmiş şəxslərə xidmət göstərən qeyri-dövlət yardım mərkəzlərinin fəaliyyətinə dair akkreditasiya monitorinqlərinin nəticələri açıqlanıb.

Realist.az-a bu bu barədə Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Agentliyin təşkilatçılığı ilə Akkreditasiya Komissiyasının onlayn görüşü keçirilib.

Komissiyanın sədri, Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov görüşdə qeyri-dövlət yardım mərkəzlərinin fəaliyyətinin müəyyən edilmiş tələblərə uyğun qurulmasının, xidmət keyfiyyətinin yüksəldilməsinin və akkreditasiya prosesinin əhəmiyyətini vurğulayıb.

Qeyd olunub ki, Agentlik 2021-ci ildən etibarən müxtəlif dövlət qurumlarının nümayəndələrindən ibarət Komissiya vasitəsilə bu sahədə fəaliyyət göstərən mərkəzlərin monitorinqini həyata keçirir. Monitorinqlər üç ildən bir aparılır və müəyyən edilmiş tələblərə cavab verən mərkəzlər akkreditasiyadan keçirilir.

Onlayn görüşdə akkreditasiya müddətinin uzadılması üçün möhlət verilmiş üç qeyri-dövlət yardım mərkəzində aparılan təkrar monitorinqlərin nəticələri də müzakirə edilib.

Nəticədə iki ictimai birliyin fəaliyyətini davam etdirməsi üçün əlavə vaxt ayrılması, bir qeyri-hökumət təşkilatının isə akkreditasiyasının ləğv edilməsi barədə qərar qəbul olunub.

Hazırda Komissiya tərəfindən akkreditasiya edilmiş 7 qeyri-dövlət yardım mərkəzi fəaliyyətini davam etdirir.

 

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın