EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Albaniyanın paytaxtı Tiranada tələbələrin hökumət əleyhinə keçirdiyi aksiya qarşıdurma ilə nəticələnib.

Reuters xəbər verir ki, noyabrın 28-də, ölkənin Müstəqillik Günü münasibətilə keçirilən nümayiş zamanı etirazçılar polis əməkdaşlarına daş və “Molotov kokteyli” atıblar.

Polis nümayişçilərə qarşı su şırnaqlarından, gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib.

Aksiya iştirakçıları Baş nazir Edi Ramanın istefasını tələb ediblər. Tələbələrin rəhbərlik etdiyi etirazlar hökumət əleyhinə bir neçə aylıq narazılıqlar fonunda baş verib.

Qeyd edək ki, Albaniyada son dövrlər hökumətin fəaliyyəti, korrupsiya iddiaları və siyasi idarəçiliklə bağlı narazılıqlar artıb.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın