EZZE — lüks və xüsusi mebel, interyer (reklam)
Rusiyanın Kamçatka yarımadasında 6,2 maqnitudalı zəlzələ qeydə alınıb.

 Realist.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının məlumatına görə, zəlzələnin episentri Petropavlovsk-Kamçatsk şəhərindən 72 kilometr məsafədə yerləşib.

Yeraltı təkanların ocağı 189,1 kilometr dərinlikdə qeydə alınıb. İlkin qiymətləndirməyə əsasən, şəhərdə zəlzələnin intensivliyi 3 bal olub.

Təkanlar Petropavlovsk-Kamçatsk sakinləri tərəfindən hiss edilib.

 

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın