EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Gürcüstan Avropa İttifaqının tamhüquqlu üzvünə çevrilmək üçün bütün zəruri addımları atacaq.

Realist.az Gürcüstanın İctimai Yayımçısı 1TV-yə və yerli KİV-lərə istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Kobaxidze bildirib.

Hökumət başçısı ümid etdiyini bildirib ki, həmin vaxta qədər Avropa İttifaqında Gürcüstana münasibətdə yanaşmalar dəyişəcək, Avropanın uzun illər əsaslandığı ənənəvi dəyərlər yenidən ön plana çıxacaq.

Kobaxidzenin sözlərinə görə, Avropaya inteqrasiya Gürcüstan hökumətinin əsas vəzifələrindən biri olaraq qalır. O, ölkənin Avropa İttifaqına üzvlük məqsədindən imtina etmədiyini və bu istiqamətdə fəaliyyətin davam etdiriləcəyini vurğulayıb.

Baş nazir Avropa İttifaqı ilə üzvlük danışıqlarının başlanması məsələsinə də münasibət bildirib. O qeyd edib ki, Gürcüstan hökuməti danışıqların açılması məsələsini 2028-ci ilədək gündəmə gətirməmək qərarını açıqlayıb. Bununla belə, Avropa İttifaqı tərəfindən danışıqların başlanması barədə qərar qəbul edilərsə, Tbilisi dərhal buna qoşulmağa hazırdır.

Qeyd edək ki, Kobaxidze 2026-cı il noyabrın 28-də çıxışında 2024-cü ildə qəbul edilən qərarın Gürcüstanın Avropa yolundan imtinası anlamına gəlmədiyini də bildirib.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın