EZZE — lüks və xüsusi mebel, interyer (reklam)
Qazaxıstanın Qızılorda vilayətinin Janakorgan rayonunda 102 yaşlı Tajben İsabekova məsləhət deputatlarının seçkilərində səs verib.

Realist.az Kazinform agentliyinə istinadən xəbər verir ki, uzunömürlü qadın evində səsvermə hüququndan istifadə edib. O, daha sonra xalqa əmin-amanlıq və firavanlıq arzulayaraq xeyir-dua verib.

“Ölkəmiz təhlükəsizlik içində, xalqımız isə sülh və əmin-amanlıq şəraitində yaşasın”, – deyə Tajben İsabekova bildirib.

Qeyd edək ki, həmin gün Qazaxıstanda bütün səviyyələrdə məsləhət deputatlarının növbədənkənar seçkiləri keçirilir. Ölkə üzrə 228 məsləhətə ümumilikdə 3447 deputatın seçilməsi nəzərdə tutulur.

 

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın