EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Husilərin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad və Şərq bölgəsi istiqamətində buraxdığı üç ballistik raket zərərsizləşdirilib.

Realist.az xəbər verir ki, bu barədə ərəb koalisiyasının sözçüsü Türki əl-Maliki məlumat yayıb.

Onun sözlərinə görə, raketlər Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri tərəfindən vaxtında aşkarlanaraq məhv edilib.

Əl-Maliki bildirib ki, Şərq bölgəsini hədəf alan raketlərin zərərsizləşdirilməsi zamanı yaranan qalıqlar yerə düşsə də, mülki əhali arasında xəsarət alan olmayıb.

Koalisiyanın sözçüsü mülki şəxslərə və obyektlərə qarşı hücum cəhdlərinin cavabsız qalmayacağını vurğulayıb.

 

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın